Ana səhifə Planet |
60-a yaxın amerikalı muzdlu döyüşçülər sürətli qayıqlarla Venesuela sahillərinə yaxınlaşaraq bu ölkənin prezidenti Nikolas Maduronu öldürmək istəyiblər.
Axar.az xəbər verir ki, bu barədə elə Venesuela Prezidenti Nikolas Maduro açıqlama verib.
O bildirib ki, döyüşçülər ABŞ tərəfindən maliyyələşdirilib və onlar Kolumbiyada təlim keçiblər.
Maduro həmçinin ölkənin xaricdən “göndərilən” terrorizm və pandemiyaya qalib gəldiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, bundan öncə Maduroya qarşı bir il əvvəl hazırlanan uğursuz qiyam planının müəllifi məlum olmuşdu.
Bildirilirdi ki, keçmiş amerikalı hərbçi Cordan Qodaru 300-ə qədər silahlı könüllü ilə gizli yolla Venesuelaya girməyi planlaşdırmış və bu məqsədlə hərbi birləşmələri şimal sərhədinə yerləşdirmişdi.
Tarix
2020.05.05 / 01:28
|
Müəllif
Kamran Ədalət
|