Yuxarı

Rusiya karantindən necə çıxacaq? - 3 mərhələ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Xidməti (“Rospotrebnadzor”) koronovirusun yayılması ilə bağlı təcrid tədbirlərini üç mərhələdə aradan götürməyi təklif edib.

Axar.az xəbər verir ki, xidmətin rəhbəri Anna Popova Rusiya Prezidenti Vladimir Putin ilə videomüşavirədə təcrid tədbirlərini üç mərhələdə aradan qaldırmaq məqsədilə tövsiyələr hazırlandığını bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə açıq havada bədən tərbiyəsi və idmanla məşğul olmağa, uşaqlarla gəzintiyə çıxmağa, məhdud sahəsi olan ticarət və xidmət obyektlərinin işinin bərpa edilməsinə icazə veriləcək.

İkinci mərhələdə ailə üzvləri ilə birlikdə küçədə gəzintilər, böyük sahəsi olan ticarət və xidmət obyektlərinin sosial məsafə gözlənilməsi şərti ilə açılması, təhsil müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulur. Üçüncü mərhələdə sosial məsafələr qorunmaqla park və bağlar, otellər, ictimai iaşə müəssisələrinin açılması təklif edilir. Anna Popova qeyd edib ki, təcrid tədbirlərinin mərhələlərlə aradan qaldırılmasına başlanması yalnız hər kəsin şəxsi məsuliyyətini anlaması şəraitində mümkündür.

Müşavirədə Moskva meri Sergey Sobyanin bildirib ki, mayın 12-dən paytaxtda bütün sənaye müəssisələri və tikinti obyektləri fəaliyyətini bərpa edəcək. Eyni zamanda, əhali üçün özünütəcrid rejimi mayın 12-dən sonra yumşaldılmayacaq.

Tarix
2020.05.06 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla