Yuxarı

İrana hərbi müdaxilə gündəmdə: Tramp veto qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Konqresin İrana qarşı hərbi gücdən istifadəni qadağan edən qətnaməsinə veto qoyub.

Axar.az xəbər verir ki, bu barədə Prezident Trampın adından Ağ Evin yaydığı açıqlamada bildirilib.

“Bu gün mən Konqresin İrana qarşı hərbi müdaxiləni yasaqlayan qanununa veto qoydum. Bu, çox təhqiredici sənəddir. Demokratlar bu sənədi respublikaçılar arasında parçalanma yaratmaq və 3 noyabr seçkisində qələbə qazanmaq üçün hazırlayıblar. Bu sənədə səs verən respublikaçılar isə onların əlinə oynayıb”, - Tramp bildirib.

Tramp əmindir ki, Qasım Süleymaninin öldürülməsi ABŞ qanunvericiliyinə uyğundur və Konqress sənədi hazırlayarkən fakt və qanunları doğru anlamayıb.

Qeyd edək ki, İraqda Qüds briqadasının komandanı Qasım Süleymaninin ABŞ aviazərbəsi nəticəsində öldürülməsindən sonra Konqres ABŞ Prezidentinə qanunverici hakimiyyətin icazəsi olmadan İrana qarşı hərbi müdaxilə qərarı vermək səlahiyyətini əlindən alan qanun layihəsi qəbul etmişdi.

Tarix
2020.05.07 / 02:28
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla