Yuxarı

Putinin “boz kardinal”ı Rusiyadan qaçıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin “boz kardinal”ı Rusiyadan qaçıb

"Əgər Rusiya prezidentinin məsləhətçisi Vladislav Surkov ölkədən kənara yerləşibsə, demək ki, hakimiyyət artıq Rusiyanın gələcəyini başqa cür görən güc strukturlarının, daha dəqiq desək, Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətinə keçib".

Axar.az ukrnews24.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pavel Nuss çıxış edib.

O, Surkovun Krımın işğalı planının əsas müəllifi olduğunu bildirib:

"Surkov Kremldə Ukraynaya görə əsas cavabdeh şəxs idi. Ona görə də məhz onu Krımın işğalının və Ukraynanın cənub şərqində qeyri-stabillik yaradaraq Rusiyaya birləşdirilməsi planının müəllifi hesab edirlər. Doğrudur, sonradan Moskvanın "Novorossiya"nı yaratmaq planları alt-üst oldu. Onlar sonradan bütün regionlarda qiyam qaldıra bilmədilər".

Xatırladaq ki, əsl adı Aslanbek Andarbekoviç Dudayev olan Vladislav Surkov 21 sentyabr 1964-cü ildə Çeçenistanın Duba-Yurt məntəqəsində anadan olub. Sonralar anası ilə Rusiyanın dərinliklərinə köç edən Aslanbek anası tərəfindən pasportunda Vladislav Surkov kimi qeydiyyatdan keçib. Gənc olmasına baxmayaraq, Kremlin "Boz kardinalı", Putinin "sağ əli" sayılır. Hətta Çeçenistan müharibəsinin yatırılmasında Putinin ona istinad etdiyi deyilir. Böyük və peşəkar siyası texnoloqdur. Sahibkar Mixail Xodorkovskinin cangüdəni işləmiş Surkovun Çeçenistan rəhbəri Ramzan Kadırovla da yaxın dost münasibətləri var. Dəfələrlə damarlarında çeçen qanının axması ilə fəxr etdiyini bildirib. Hazırda Vladimir Putinin köməkçisi olan "Boz kardinal" ləqəbli Surkov Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiya üzrə xüsusi nümayəndəsidir.

Onu da qeyd edək ki, məhz bu şəxs Krımın Rusiyaya anneksiyasından bir müddət öncə bu yarımadaya səfər etmişdi. Burada Krımın əsas liderləri ilə görüşdükdən sonra Surkov Moskvaya qayıtmışdı. Surkovun səfərindən tam bir ay sonra Krımda Ukrayna əleyhinə çıxışlar başladı və rus diversantları yarımadaya yeridildi.

Tarix
2015.03.16 / 14:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla