Yuxarı

Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:00

Türkiyənin S-400 havadan müdafiə sistemlərinin istehsalına qatılması əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Türkiyənin Rusiyadan yenidən S-400 alması ilə bağlı danışıqlar prosesini şərh edərkən deyib. O bildirib ki, Türkiyənin istehsalda iştirak meyarları ölkənin aerokosmik sənayesinin imkanları ilə təyin ediləcək:

"Rusiya Türkiyəyə texnologiya transferi etməyə hazırdır, lakin hər şey türk aerokosmik sənayesinin bu cür texnologiyalara nə qədər həssas olmasından asılıdır. Ticarət şərtlərini ön plana çıxaran tənzimləmə ediləcək, ancaq hər iki tərəfin maraqları nəzərə alınacaq”.

Politoloq ilk mərhələdə S-400-lər üçün Türkiyə istehsalı olan şassi istifadə edilməsinin məntiqli olduğunu qeyd edib:

“Hazırda Rusiya istehsalı olan şassilər istifadə olunur. Bəlkə də elektron avadanlıqları Türkiyə istehsal edə bilər. Danışıqlar prosesində Türkiyənin bu sistemlərin istehsalında mühəndislik baxımından necə iştirak edə biləcəyi dəqiqləşəcək. Hazırda Türkiyə üçün ən əhəmiyyətlisi milli maraqlarını qorumaqdır. Türkiyənin xarici təzyiqlərə qarşı güclü olması vacibdir. ABŞ-ın Türkiyəni davamlı olaraq şantaj etdiyini görürük”.

Türkiyənin Rusiya istehsalı qırıcı təyyarələri da satın ala biləcəyini vurğulayan Korotçenko bu məsələdə ortaq istehsalla əlaqədar bir sıra alternativlərin mümkün olduğunu bildirib:

“Türkiyə Su-35-lərin, hətta Su-57 nümunəsində beşinci nəsil qırıcı təyyarələrin Rusiya ilə ortaq istehsalına başlaya bilər. Ölkələrimiz arasında daha əvvəl ziddiyyətlər yaşansa da, bunlar qlobal ziddiyyətlər deyildi, strateji olaraq Moskva Ankaranı bərabər bir ortaq olaraq qiymətləndirir. Türkiyənin suverenliyinə hücum və onu kiçik ortaq görən ABŞ-ın əksinə olaraq, Rusiya Türkiyəyə hörmət edir”.

Tarix
2020.05.10 / 14:40
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla