Yuxarı

Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya Prezidentinin xanımı Monika Krimadi paytaxtın önəmli tikililərindən birinin - Xalq Teatrının sökülməsinə etiraz olaraq Tiranada keçirilən aksiyada həbs edilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bazar günü səhər paytaxt sakinləri teatrın sökülməsinə qarşı çıxaraq, binanı mühasirəyə alıblar. Nümayişçilər arasında Albaniya Prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub. Aksiya iştirakçılarını dəstəkləyən Monika Krimadi prokurorluğa müraciət edərək, vətəndaşlara mane olan polis işçilərini həbs etməyi tələb edib. Daha sonra Krimadi başda olmaqla bir neçə nümayişçi saxlanılıb. Qalan etirazçılar isə hakimiyyət orqanlarına mane ola bilməyib və teatr binası bazar günü səhər tezdən dağıdılıb.

Məlumata görə, Monika Krimadi artıq sərbəst buraxılıb. Onun əri, Prezident İlir Meta binanın sökülməsini şərh edərək, hadisəni "bağışlanmaz cinayət" adlandırıb.

Qeyd edək ki, 2018-ci ildə ölkənin Baş naziri Edy Rama çox xərc tələb etməsi səbəbindən 1939-cu ildə tikilmiş teatrın sökülməsinə qərar verib. Rama abidənin yerində yeni bir teatr qurmaq niyyətindədir. Baş nazirin söküntü ilə bağlı qərarı binanın tarixi dəyərini yüksək qiymətləndirən paytaxt sakinlərinin narazılığa səbəb olub.

Tarix
2020.05.18 / 02:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla