Yuxarı

ABŞ-dan şok: Tiflis İranla bağlı nələr edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senatorlar Ted Kruz, Con Kornin, eləcə də konqresmenlər Codi Arrinqton və Markveyn Malin mayın 15-də ABŞ Dövlət katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçinə Gürcüstanla bağlı məktub göndəriblər.

Axar.az xəbər verir ki, məktubda senatorlar və konqresmenlər Gürcüstandakı pis idarəçilik və potensial qeyri-qanuni iqtisadi aktivlikdən narahat olduqlarını bildiriblər. Onlar Gürcüstanın Amerikaya düşmən əhval-ruhiyyədə olan ölkələrlə əlaqəsinin ABŞ-ın geostrateji maraqlarına zidd olduğunu və buna ciddi reaksiya verilməsini istəyiblər.

Məktubda Gürcü Arzusu Partiyası və onun lideri Bidzina İvanişvili tənqid edilib. Onlar İvanişvilinin Rusiya hakimiyyəti ilə əlaqədə olduğunu, ABŞ investorlarının Gürcü Arzusu tərəfindən ölkədən çıxarıldığını, eləcə də ABŞ şirkətlərinin Anakliya limanı layihəsindən uzaqlaşdırıldığını bildiriblər. Senatorlar və konqresmenlər bunun ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd olduğunu bəyan ediblər.

Məktubda, həmçinin, keçən il Gürcüstana birbaşa investisiyaların həcminin 50% azaldığı, eləcə də Qərb biznesinə bürokratik əngəllərin artırıldığı vurğulanıb. Senatorlar və konqresmenlər Gürcüstan hökumətinin fəaliyyəti nəticəsində legitim biznesin yerini qanunsuz ticarətin tutduğunu və bunun İrana qarşı ABŞ sanksiyalarının dəlinməsində istifadə edildiyini bildiriblər. Özəlliklə, Gürcüstan maliyyə sisteminin ABŞ-ın İrana qarşı sanksiyalarının dəlinməsi prosesində 2013-cü ildən iştirak etdiyi qeyd edilib.

Tarix
2020.05.19 / 14:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla