Yuxarı

Davudoğlu: Əsədə zəmanət verdim, dedim ki... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:34

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu 2012-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə baş tutan görüşü haqda danışıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, sabiq nazir Suriyada baş tutan görüşlərdə Əsədi islahatlara dəvət etdiyini bildirib.

“2011-ci ilin yanvar ayından avqusta ayına qədər dəfələrlə Suriyaya getdim. Səkkiz ay ərzində həm Ərdoğan, həm də Abdullah Güllə Bəşər Əsədi yola gətirməyə çalışdıq. Son görüşümlə bağlı isə əfsanələr uydurulur.

2012-ci ilin avqust ayında Əsədlə təkbətək 6 saat davam edən bir görüşüm oldu. Bir niyyətim vardı: Misirdə rejim devrildi, Tunisdə devrildi, Suriyada isə biz sənin yanındayıq, amma islahatlar apar. Dedim ki, bu dalğanı keç, xalq səni sevir, biz də sənin yanındayıq. Ona zəmanət verdik”, - Davudoğlu bildirib.

Sabiq baş nazir medianın bu görüş haqda ağlasığmaz iddialar irəli sürdüyünü deyib:

“Suriya kəşfiyyatına bağlı jurnalistlər də bəzi iddialar irəli sürürlər. Deyirlər ki, Davudoğlu gedib Əsədə bəzi şeyləri diktə edib. O 6 saatlıq görüş dövlət sənədlərində qeyd olunub. Heç nə gizli deyil”.

Tarix
2020.05.20 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla