Yuxarı

Əfsanəvi tabor komandiri həlak oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi tabor komandiri həlak oldu

Ukraynanın Patrul Xidməti Polisinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri Sergey Qubanov Ukraynanın Luqansk vilayətində tapşırıq icra edərkən həlak olub.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Mayın 20-də Luqanşinedə tabor komandiri Sergey Qubanov həlak olub”, – deyə məlumatda bildirilib.

Qeyd edilir ki, tapşırığın icrası zamanı S.Qubanov və taborun 3 döyüşçüsü ağır qəlpə yaraları alıb. Hərbi hospitalın həkimləri onlara tibbi yardım göstərib. Onlardan yalnız S.Qubanovun həyatını xilas etmək mümkün olmayıb.

“Hər şey dünən, mayın 20-də saat 21:30 radələrində Novoaydar rayonu, Tryoxizbenka kəndi yaxınlığında baş verib”, – deyə məlumatda bildirilib.

Hazırda hadisənin başvermə şəraiti öyrənilir.

Qeyd edək ki, Sergey Qubanov hələ 2014-cü ildə – Donbasda müharibənin lap başlanğıcında qondarma Luqansk xalq respublikasının ərazisini tərk edərək Ukraynaya xidmət etmək və ukraynalıları qorumaq yolunu seçmişdi.

Tarix
2020.05.21 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla