Yuxarı

Çinin yeni layihəsi: Honkonqda həyəcan başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Honkonqu birbaşa öz nəzarəti altına ala bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Bildirilib ki, Pekin Honkonqda təhlükəsizliyin təmini üçün icra mexanizmi qanun layihəsi işləyib hazırlayıb.

Agentlik honkonqlular və Qərbin bunun internetdə Çin tipli senzura tətbiqinə, eləcə də muxtariyyətin itirilməsinə gətirib çıxaracağını düşündüyünü bildirib. Çin hakimiyyətinin isə yeni hazırladığı qanun layihəsi ilə separatizm, xaricdən müdaxilə və terrorizmə müqavimət göstərə biləcəyini iddia etdiyi vurğulanıb.

İnformasiya artıq Honkonq birjasında həyəcana səbəb olub. Honkonq əhalisi aktiv şəkildə internet blokadasından yan keçməyi bacaran VPN proqramlar endirməyə başlayıblar.

Honkonq rəhbəri Kerri Lam muxtariyyət sakinlərinə müraciət edərək, yeni qanun layihəsinin əhalinin azadlıqlarını əldən almayacağını bəyan etsə də, yerli aktivistlər buna məhəl qoymayaraq, Çinə qarşı yeni etirazlara çağırış ediblər.

Tarix
2020.05.23 / 18:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla