Yuxarı

Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət lideri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət lideri

Həbsdən yenicə azad edilmiş, Avropa Gürcüstanı Partiyasının liderlərindən biri olan Gigi Uqulava Mixail Saakaşvilidən danışıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Uqulava Saakaşvilinin Ukraynada vəzifəyə təyin olunmasına öz münasibətini bildirib. O qeyd edib ki, bir Gürcüstan vətəndaşı kimi ölkənin sabiq prezidentinin uğuru onu çox sevindirir.

Uqulava, həmçinin Bidzina İvanişvili ilə Saakaşvilini müqayisə edib:

"İvanişvili bu gün Gürcüstan siyasətinin ən böyük problemidir. Buna baxmayaraq, onun ölkədə uzunmüddətli siyasətçi rolu aparması üçün siyasi resursları yoxdur, ancaq bundan fərqli olaraq Saakaşvilinin Gürcüstan siyasətində böyük siyasi resursları və təcrübəsi var. İvanişvilidən fərqli olaraq o, ölkədə daha uzunmüddətli siyasi sima olaraq qalacaq", - deyə Uqulava bildirib.

Müxalifət lideri Mixail Saakaşvilinin Gürcüstana qayıdacağını da qeyd edib.

"Gürcü Arzusu deyir ki, əgər hakimiyyətdə biz olmasaq, Saakaşvili olacaq, Təbiidir ki, Saakaşvili Gürcüstana mütləq qayıdacaq", - deyə Uqulava bildirib.

Tarix
2020.05.25 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla