Yuxarı

Hindistanda karantin rejimi növbəti dəfə uzadıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar martın 25-dən qüvvədə olan xüsusi karantin rejimi daha bir ay müddətinə uzadılıb.

Axar.az xəbər verir ki, xüsusi karantin rejiminin 5-ci mərhələsi müəyyən yumşaldılmalarla iyunun 1-dək 30-dək davam edəcək. Daxili İşlər Nazirliyi virusun daha çox yayıldığı yaşayış məntəqələri istisna olmaqla ticarət mərkəzlərinin, mehmanxanaların, restoranların, ibadətgahların açılmasına, habelə təhsil ocaqlarında tədrisin bərpasına, nəqliyyat vasitələrinin ştatlararası hərəkətinə mərhələli qaydada icazə verib. Səhiyyə Nazirliyi yumşalmalarla bağlı standart qaydalar toplusunu açıqlayacaq. Bununla belə həmin yumşalmalara dair son qərarı ştatların yerli hökuməti verəcək.

Yeni karantin rejimi dövründə zəruri hallar istisna olmaqla, insanların küçələrə çıxma qadağası hazırda olduğu axşam saat 7-dən səhər saat 7-dək deyil, axşam 9-dan səhər 5-dək olan müddətlə əvəz edilib.

Beynəlxalq təyyarə uçuşlarına, metro nəqliyyatının, teatrların, kinoteatrların, idman zallarının, üzgüçülük hovuzlarının, əyləncə mərkəzlərinin fəaliyyətinə, habelə ictimai-siyasi, elmi, mədəni, dini və digər kütləvi tədbirlərin keçirilməsinə olan qadağalar iyunun sonunadək qüvvədə qalacaq.

Qeyd edək ki, ötən sutkada Hindistanda günlük rekord səviyyədə yoluxma (7954) və ölüm (265) qeydə alınıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 180 mini, ölənlərin sayı isə 5140-ı ötüb. Səhiyyə Nazirliyi indiyədək 90 minə yaxın xəstənin sağaldığını, sağalma göstəricisinin 47 faiz təşkil etdiyini açıqlayıb. Hindistan virusa yoluxanların sayına görə dünyada 9-cu sıradadır.

Tarix
2020.05.30 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla