Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
3 İyul 2020


Paşinyan silah qaçaqmalçısı imiş – Şok faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyadan aldığı silahları üçüncü ölkəyə satır və ölkə beynəlxalq silah ticarətində qara bazarda iştirak edir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisysanın kürəkəni, Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Yalanın sonu” adlı videomüraciətində bildirib.

Onun sözlərinə görə, mayın 23-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəhbəri, baş nazir Nikol Paşinyanın hazırkı müşaviri general Arşak Karapetyan Rusiya Müdafiə Nazirliyində vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün gizli şəkildə Rusiyaya göndərilib.

M.Minasyan ölkəsinin təhlükəsizlik məsələlərini nəzərə alaraq tam açıq danışa bilmədiyini və diqqətli olacağını qeyd edib.

“Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah və sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu Federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”, - deyə keçmiş səfir bildirib.

O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib: “Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsi ilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir. 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər".

Keçmiş səfirin sözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya Nikol Paşinyan istisna olmaqla bu mafiozları cəzalandırmaq qərarına gəlib.

Belə ki, rəsmi Moskva David Qalstyanı arzuedilməz şəxs (“persona non-qrata”) elan edib və ona 10 il ərzində Rusiyaya girməyi qadağan olunub. David Qalstyanın Rusiya Federasiyası ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır.

Tarix
2020.05.31 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskvada 3,9 min insan koronadan öldü

Avropa Parlamentinin binası qarət olundu

İranda bir gündə 148 nəfər koronadan öldü

Ərdoğan Dohada: "Trol"lar dəliyə döndü... - Foto

Türkiyədə zəlzələ baş verdi

ABŞ-da korona ilə bağlı son statistika

Rusiya koronavirus dərmanının ixracına başladı

Çin hamısını qadağan etdi: Yutub, Votsap, İnstaqram...

Merkeldən etiraf: Çətin vəziyyətdəyik

Türkiyədə koronaya yoluxanların sayı 202 mini ötdü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla