Yuxarı

Şamaxıda Saqiyan kəndi: adı erməni mənşəlidir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyişdirilməsi təklif edilən Şamaxının Saqiyan kəndinin adı erməni mənşəli deyil. İş orasındadır ki, bu toponimin adı ərəbcə olan "saqi" sözünə fars dilindəki “an” (-lar, -lər) cəm şəkilçisi artırmaqla yaranıb. Kəndin adının erməni dili ilə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Kult.az-a ilahiyyatçı Rəsul Mirhəşimli iyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı baxılacaq təklif barədə danışarkən deyib. İlahiyyatçı bildirib ki, bu ad daha çox sufilik dünyagörüşü ilə bağlıdır:

“Saqi” termini təsəvvüfdə mürşidi-kamil anlamında işlədilir. Mürşidi-kamil təsəvvüf yoluna girən insana ilahi eşq ilə irəliləməsi üçün yol göstərir. Təkif qəbul olunarsa, bu, Azərbaycan toponimlərinin tarixi adını dəyişdirmək baxımından yersiz qərar olar. Azərbaycan mədəniyyətində xüsusi yer tutan bu termin Şirvan bölgəsində daha çox xəlvətilik təriqətinin təşəkkül tapması və buradan dünyaya yayılması ilə əlaqəlidir. Saqiyan adı da bu dünyagörüşün geniş yayılması ilə meydana çıxıb. Osmanlı sultanlarının bir çox məsələlərdə xəlvəti şeyxləri ilə məsləhətləşməsi və onların tövsiyələrinə uyması tarixi faktlar arasında mühüm yer tutur. Tarixi adlarımızın üzərindən xətt çəkmək gərəkli iş sayıla bilməz”.

Kəndin adının orijinalda yazılış şəklini də təqdim edən R.Mirhəşimli bildirib ki, Azərbaycan dilinin qaydalarına uyğun olaraq, söz saitlə bitərkən ona qoşulan şəkilçi saitlə başladıqda söz kökü ilə şəkilçi arasına bitişdirici "y" samiti artırlır:

“Dilimizə bu söz Saqian şəklində gəlib. Kəndin adının orijinal yazılışı isə belədir – ساقیان “.

Xatırladaq ki, Şamaxı rayonunun müraciətinə əsasən, kəndin adının Günəşli qoyulması təklif olunur.

Tarix
2020.06.04 / 13:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla