Yuxarı

Ankara işləri sürətləndirdi: “Kabus şəhər” açılır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara işləri sürətləndirdi: “Kabus şəhər” açılır...

Anakara və Şimali Kipr rəhbərliyi Maraş şəhərinin yenidən açılması ilə bağlı işləri sürətləndirib.

Axar.az xəbər verir ki, artıq 46 ildir bağlı olan şəhərin fəaliyyətə keçməsi üçün “Yol xəritəsi” açıqlanıb.

Məsələ ilə bağlı danışan Şimali Kiprin Baş naziri Ərsin Tatar Maraş üçün qətiyyətli mövqe sərgiləyəcəklərini bildirib:

“Türkiyə ilə əməkdaşlıq çərçivəsində bütün qərarlar gecikmədən həyata keçiriləcək. Maraşın ən qısa müddətdə açılması üçün Xarici İşlər Nazirliyinin başlatdığı işlər davam etdiriləcək və bu işlərə dəstək olmaq üçün Nazirlər Kabineti daxilində həm mütəxəssis, həm də bürokratlardan ibarət komissiya yaradılacaq. Şimali Kipr yeni bir Sinqapur ola bilər.

Türkiyənin Şimali Kiprin Sinqapur olması üçün irəli sürdüyü fikirlər çox dəyərlidir”.

Qeyd edək ki, Maraş bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. Maraş bir vaxtlar “Kabus şəhər” kimi də tanınıb.

Tarix
2020.06.06 / 20:06
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla