Yuxarı

Şok: Ermənilər Atatürkün ardıcılı kimi təqdim olundu – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Ermənilər Atatürkün ardıcılı kimi təqdim olundu – Foto

"Dünənə qədər ermənilərin milli qəhrəmanları kimi tanınan üç erməni Ermənistan mətbuatında bu gün düşmən kimi, yəni Atatürkün davamçıları kimi təqdim olunub".

Bu məlumatı Axar.az-a açıqlamasında ermənişünas İsmayıl Tanrıverdi bildirib. O, bunun arxasında Ermənistan hakimiyyətinin olduğunu bildirib:

"Bu gün erməni mətbuatında türk bayrağının üzərində "ehtiyatlı olun, Atatürkün davamçıları Ermənistanda" sözləri yazılan fotolar nəşr olunub. Əlbəttə ki, onların bu hərəkətlərinin arxasında bəlli səbəblər dayanır. Hətta son məlumatıma görə, mətbuatda yer alan bu informasiyalar böyük basqıya məruz qaldığından hazırda bəzi mətbuat orqanlarından yox edilməyə başlanılıb. Fotoda ermənilərin özlərinə düşmən elan etdiyi və bu səbəbdən də Atatürkün davamçıları kimi təqdim olunanlardan biri xüsusilə də ortadakı Qarabağ müharibəsində Şuşa batalyonunun komandiri Jirayr Səfilyandır. Səfilyan bildirir ki, əgər aprelin 24-nə kimi bizə və tərəfdarlarımıza qarşı kütləvi həbslərə başlasalar, xalqın hakimiyyətə qarşı nifrəti daha da artacaq. Digər iki erməni də eynilə iqtidara qarşı ayrıca mübarizəyə qoşulduqları üçün düşmən elan olunublar. Hazırda Ermənistanda böyük rezonansa səbəb olan bu olay - sözügedən şəxslərin türk tərəfdarı kimi təqdim edilməsi iqtidar tərəfdarlarının müxaliflərinə qarşı növbəti repressiyasıdır. Qeyd edim ki, erməni iqtidarı hazırda xalqı müxalifətəçilərə qarşı qaldırmaq üçün böyük səy göstərir".

Tarix
2015.03.26 / 22:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla