Yuxarı

Gürcüstana getmək istəyən turistlərin - Nəzərinə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstana getmək istəyən turistlərin - Nəzərinə

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, iyunun 8-dən etibarən ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunur.

Bundan başqa, iyunun 15-dən ölkədaxili turizm, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunacaq. Beynəlxalq turizmin isə iyulun 1-dən açılması gözlənilir.

Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, ötən gün Gürcüstanda 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Bu günədək ölkədə 810 nəfər yoluxub, 13 nəfər ölüb.

Tarix
2020.06.09 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla