Yuxarı

Rusiya “Holland sindromu”ndan qurtuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya “Holland sindromu”ndan qurtuldu

Rusiyanın Maliyyə naziri Anton Siluanov ölkəsinin "Holland sindromu"ndan qurtulduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, nazir iqtisadiyyatın tək bir sektordan asılılığı kimi qiymətləndirilən bu tendensiyanın bitdiyini elan edib. Neft-qaz sənayesində investisiyaların azalmağa başladığını deyən Siluanov iqtisadi durumun getdikcə yaxşılaşdığını açıqlayıb:

"Neft sektorunda investisiya azalıb. Lakin kənd təsərrüfatına ciddi maraq var. Bu, çox doğru bir addımdır. 2015-ci ilin büdcə investisiya planlaşdırılması 246 milyard rubl (4,2 milyard dollar) azaldı. Bu, birbaşa iqtisadi artıma təsir etməyəcək".

Siluanova görə, böhranla mübarizə tədbirlərinin həyata keçirilməsi reallaşarsa, 2015-ci ildə ölkə iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıda bilər:

"Rusiyada qiymətlərin aşağı olması bəzi ölkələrin marağına səbəb olub. Valyutanın sabitliyi təmin olunarsa, digər sahələrdə inkişaf reallaşacaq".

Məlumat üçün bildirək ki, "Holland sindromu" bir sahədə sürətli inkişaf səbəbindən iqtisadiyyatın digər sahələrinin həmin sahəyə yönəlməsi və ümumi inkişafın geriləmə ilə xarakterizə olunmasıdır. 60-cı illərdə Hollandiya iqtisadiyyatı bənzər problemlə qarşılaşıb.

Tarix
2015.03.28 / 10:49
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla