Yuxarı

Kiyevdə saxlanılan azərbaycanlıların kimliyi bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdə saxlanılan azərbaycanlıların kimliyi bəlli oldu

Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerli silahlı dəstə ilə atışan və milis tərəfindən saxlanılan azərbaycanlıların kimliyi məlum olub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA - ya açıqlamasında bildirib ki, onlardan biri Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan Ağayev Davud Şahvələd oğlu, digəri isə Ukrayna vətəndaşı, milliyətcə azərbaycanlı Əliyev İqordur.

A. Osmanov bildirib ki, əldə etdikləri qeyri rəsmi məlumata görə, şəhərin mərkəzində Bessarabiski bazarının yaxınlığında baş verən silahlı atışmada hücum edənlər azərbaycanlılar olublar və elə dərhal da milis tərəfindən saxlanılıblar. O həmçinin bildirib ki, bu gün onlar barədə məhkəmə müvafiq qərar da çıxarmalıdır.

Qeyd edək ki, azərbaycanlılarla yerlilər arasında baş verən hadisə martın 26-sı yerli vaxtla saat 13:00 radələrində baş verib. Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar. Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi "Bessarabski" bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.

Tarix
2015.03.28 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla