Yuxarı

İki nüvə gücü toqquşdu: ərazi mübahisəsi niyə alovlandı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Hindistan-Çin sərhədində yenidən silahlı qarşıdurma yaşandı. Hindistanın 20, Çinin isə 43 əsgər itirdiyi bildirilir. Artıq tərəflər münaqişənin böyüməməsi üçün danışıqlara başlamaq qərarı veriblər.

Ancaq istər-istəməz sual yaranır: bu ani toqquşma niyə baş verdi və bir anda iki dövlət böyük müharibə astanasına necə gəldi?

Çin və Hindistan arasındakı yarım əsrlik münaqişə

Əslində, Çinlə Hindistan arasında hazırda davam edən sərhəd münaqişəsi yarım əsrə yaxın bir keçmişə dayanır. onillər keçsə və tarixi şərait dəyişsə də, iki ölkə arasında 3488 kilometrlik sərhəd xətti ilə bağlı fikir ayrılıqları mövcuddur.

Keçmiş Britaniya Hindistanı ilə Tibet arasında sərhəd xəttinin müəyyənləşdirilməsi məsələsində mübahisəli ərazilər vardı. Bu ərazilərdən biri Kəşmirin şimal-şərq hissəsində yerləşən, Aksay-Çin adı ilə tanınan 518 kvadratkilometrlik ərazi idi.

İkinci mübahisəli rayon isə müasir Arunaçal-Pradeş ştatının şimalında yerləşən 700 km uzunluğuna malik sərhəd xətti boyunca uzanan 82,88 min kvadratkilometrlik ərazi idi.

Lakin iki tərəfi münaqişə vəziyyətinə gətirən hadisə Çinin Tibeti ilhaq etməsindən sonra başladı. Belə ki, Çin tərəfi Tibetin ilhaqından sonra bölgədə infrastruktur işləri aparmağa başladı. Lakin Çinin Aksay-Çindən apardığı yol tikintisinin Hindistan ərazilərini pozması tərəflər arasında münaqişənin başlamasına səbəb oldu.

1960-cı ilin iyulunda şərqdəki mübahisəli ərazidə tərəflər arasında ilk silahlı toqquşmalar baş verdi, həmin ilin oktyabrında isə mübahisəli qərb ərazisində də qarşılıqlı hərbi əməliyyatlar baş verdi.

20 oktyabr 1962-ci ildə hərbi əməliyyatlar daha da kəskinləşdi. Çinlilər Dxola və Kxinzemana yaxınlığındakı Hindistan qoşunlarının mövqelərinə ağır zərbələr endirdilər, sonralar isə Dxoladan geri çəkilən Hindistan ordusunu təqib edərək iki cinahdan, şimaldan və cənubdan Tavanq şəhərinə hücum etdilər.

14 noyabrda hərbi əməliyyatlar daha da genişlənərək şərqdə Valonq və şimalda Ladakxe bölgələrini də əhatə etdi, burada Çuşul və Rezenq La şəhərləri çinlilər tərəfindən mühasirəyə alındı.

20 noyabrda çinlilər Hindistanın 4-cü piyada diviziyasını, demək olar ki, tamamilə darmadağın etdilər. Valanq bölgəsi, xüsusilə Rezenq La gərgin lokal döyüşlərin baş verdiyi əsas ərazilər idi.

Lakin Çin İngiltərə və ABŞ tərəfindən Hindistana silah göndərilməsindən narahat olduğu üçün 21 noyabrda birtərəfli qaydada atəşkəs elan etdi.

Nəticə etibarilə bu gün Hindistan və Çin Demçok, Çumar, Daulat Beq Oldie, Qalvan vadisi və Ladaxdakı Panqonq Tso gölü ətrafında 3488 kilometrlik sərhəd xətti ilə bağlı fikir ayrılıqları mövcuddur. Sərhəd problemini həll etmək üçün 1993-cü ildə Hind-Çin sərhəd bölgələrində “Həqiqi idarəetmə xətti boyu sülh və dincliyin müdafiəsi haqqında” saziş imzalansa da, o vaxtdan sərhəd mübahisəsi səngimək bilmir.

Nüvə müharibəsi mümkündürmü?

Dünyada saysız-hesabsız müharibələr olub və var. Bunlardan yalnız ikisi “Dünya müharibəsi” adlanır. Hazırda dünyada bir daha belə bir qlobal miqyaslı müharibənin olmaması üçün beynəlxalq hüquq və normalar tərtib edilib. Bununla belə, illərdir Üçüncü Dünya müharibəsi ilə bağlı ssenarilər səslənir. Məsələ ondadır ki, bu müharibə digərlərindən fərqlənəcək: çünki bu, həm də nüvə müharibəsi olacaq.

Ona görə bu gün Hindistanla Çin arasında sərhəd qarşıdurmalarının genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı azdır.

Birincisi, istər Çin, istərsə də Hindistan Asiyanın parlayan ulduzları hesab edilir. Yəni hər iki ölkə sürətli inkişaf dinamikasına, ucuz işçi qüvvəsinə və təbii resurslarla zəngin torpaqlara sahibdir. Bu iki ölkə dünya iqtisadiyyatının əsas qüvvələrindəndir. Çin və Hindistan arasında müharibə dünya iqtisadiyyatını ağır zərbə olar. Bu isə heç bir ölkənin maraqlarına uyğun deyil.

Çin-Hindistan qarşıdurmasında ABŞ faktoru

Afroamerikalı Corc Floydun ölümü ABŞ-da böyük etiraza səbəb oldu. İnsanların kütləvi şəkildə etiraza qalxması ABŞ rəhbərliyini ciddi narahat etməkdə davam edir. Məsələ ondadır ki, bu hadisə ABŞ-ın nüfuzuna da kifayət qədər ağır zərbə vurdu. Vəziyyət o yerə çatdı ki, bir zamanlar ABŞ-ın qınadığı İran, Venesuela, Çin, Rusiya kimi ölkələr belə Vaşinqtonun etirazçılara normadan artıq şiddət tətbiq etməsi haqda bəyanatlar verdi.

Mövcud vəziyyətdə bütün dünya ölkələrinin diqqəti ABŞ-da baş verən etirazlara yönəldi. Məhz bu səbəbdən ABŞ hazırda dünya ictimaiyyətinin diqqətini özündən yayındırmağa çalışır. Artıq son bir həftədir fərqli regionlarda münaqişələrin yenidən alovlanmağının şahidi oluruq.

Hindistan və Çin arasında sərhəd münaqişəsinin birdən-birə bu cür alovlanmasında ABŞ-ın da təsiri mümkündür. İki nüvə gücünün toqquşması dünya ictimaiyyətinin diqqətini ABŞ-da baş verən hadisələrdən yayındırmağa kifayət edir...

Tarix
2020.06.18 / 02:59
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla