Yuxarı

Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs həbs edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs həbs edildi - Video

Volqoqrad Mərkəzi Rayon Məhkəməsi Tibb Universitetinin 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı – Teymur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı verib.

Axar.az xəbər verir ki, bu barədə Volqoqrad əyalətinin məhkəmələrini birləşmiş mətbuat xidmətlərinin rəhbəri Ekaterina Valkovskaya deyib.

“Volqoqrad Mərkəzi rayon Məhkəməsinin qərarına əsasən təqsirləndirilən şəxs barəsində 21 avqust tarixinə qədər həbs qətimkan tədbiri seçilib”, - deyə Valkovskaya bildirib.

Vasilyevə qarşı qətl maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Timur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.

Timur Qavrilovun nəşi Gəncəyə gətirilərək dəfn olunub.

Tarix
2020.06.23 / 00:58
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla