Yuxarı

Yəmən böhranı: Cənub qonşumuzu ağır günlər gözləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəmən böhranı: Cənub qonşumuzu ağır günlər gözləyir

"İran Yəməndə stabilliyin pozulmasında əsas sifarişçi hesab olunacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qriqori Trofimçuk söyləyib.

O, Yəməndəki proseslərin ərəb baharının davamı olduğunu bildirib:

"Belə ki, başqa yollarla onu Qərb istiqamətində diz çökdürmək mümkün olmur. Bununla bərabər, Tehranla İranın nüvə proqramı ilə bağlı aparılan uzun danışıqlar da nəticə vermir. İndi ABŞ İrana başqa istiqamətdən təzyiq etməyə çalışır. Yəməndəki hadisələrdə əsas günahkarlar terrorçu adlandırılan İran xəttinin tərəfdarı olan şiələr olacaq. Yəmən Yaxın Şərqdəki destabilizasiya şəklini tamamlayır. İrana hazırda Yaxın Şərqin çöllərində hərbi təcrübə yığan radikalların göndəriləcəyi istisna deyil. Yəməndəki vəziyyət bir neçə il bundan əvvəl ərəb baharı dalğası altında sarsıldı. O zaman Yəmən baharı hələ özünün məntiqi sonluğuna çata bilməmişdi. Bu gün isə ondan çoxları istifadə edir. Eyni proseslər Suriyada da getdi. Burada 2011-ci ildə müxalifətlə iqtidar arasında başlanan hərbi əməliyyatlar hələ də bitməyib. Ərəb baharı "3+2" formuluna sahib idi. Həmin vaxt Tunis, Misir və Liviya yeni formata sürətli şəkildə keçdiyi halda Yəmənlə Suriya bu işdə bir qədər gecikdi. Maraqlıdır ki, İranın mövqeləri bir müddət öncə Misirdə prezident Mursinin devrilməsindən sonra pozulmuşdu. İndi bənzər situasiyanı biz Yəməndə müşahidə edirik. Bütün bunlar yaxın gələcəkdə İranın xaricdən daha çox blokadaya alınacağından xəbər verir".

Tarix
2015.03.31 / 10:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla