Yuxarı

Rusiyada qorxunc təriqət üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada qorxunc təriqət üzə çıxdı

Hamilə qadınları qaçıran qrup ələ keçirildi

Rusiyada qan donduran bir təriqət ortaya çıxıb. Kaluqa şəhərində hamilə və azyaşlı uşağı olan qadınları qaçırıb zorla bir evdə gizlədən, psixoloji təzyiq və işgəncələr verən şəxslər həbs edilib.

"Axar.az"ın "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, illərdir gizli fəaliyyət göstərən "Rojana" adlı təriqət üzvləri hamilə və təzə ana olmuş qadınlara tibbi xidmətlərdən yararlanmamaları təlqin ediblər. Təriqət nümayəndələrinin anaları və balaca uşaqları zorla bir evdə saxlayaraq psixoloji və fiziki işgəncə verdikləri məlum olub. Həmçinin ev şəraitində doğan bir çox qadının doğum vaxtı körpələrinin öldüyü, ya da dünyaya şikəst gəldiyi bəlli olub.

Çoxu moskvalı olan qadınlar illərlə "daça" adı verilən evdə məcburi saxlanılıblar. Həkimə getməmələri üçün beyinlərinin yuyulduğu, "seminar" adı altında mühazirələrdə pul alındığı, təriqəti tərk etmək istəyənlərinsə şantajla hədələndiyi üzə çıxıb.

Təxminən bir il yarımdır ki, axtarışda olan, beynəlxalq axtarış əmri verilən təriqətin başçısı Janna Çareqradskaya bu yaxınlarda həbs olunub. 52 yaşlı qadının cinayətləri sübut olunarsa, onu yeddi ilə qədər həbs gözləyir.

Tarix
2013.10.22 / 15:19
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla