Yuxarı

Zukerberq Trampın bu cümləsinə görə 7 milyard itirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zukerberq Trampın bu cümləsinə görə 7 milyard itirdi

Feysbukun sahibi Mark Zukerberqin ABŞ Prezidenti Donald Trampın şiddət məzmunlu paylaşımını silmədiyi üçün 7,2 milyard dollar itirdiyi üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ-da onlarla şirkət məhz Prezident Donald Trampın şiddət məzmunlu paylaşımını silmədiyi üçün Feysbukla reklam anlaşmasını dayandırıb. Bu da Zukerberqin 7,2 milyard dollar itirməsinə səbəb olub.

Qeyd edək ki, bir qədər əvvəl Mark Zukerberqin reklam boykotu səbəbindən ziyanla üzləşməsi haqda məlumat yayılıb. Bildirilib ki, bundan sonra Zukerberqin sərvəti 82,9 milyarda düşüb və "dünyanın ən varlı insanları" siyahısında 4-cü pilləyə enib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə baş verən etiraz aksiyaları zamanı "lazım gələrsə, atəş açacağıq" yazmışdı. Milyonlarla insan Feysbukun bu paylaşımı silməsini istəsə də, şirkət həmin cümlənin qaydalara zidd olmadığını bildirmişdi.

Tarix
2020.06.28 / 22:48
Müəllif
Aqşin
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla