Yuxarı

İvanişvili odla oynayır: Rurua həbsdə qaldı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İvanişvili odla oynayır: Rurua həbsdə qaldı...

Tiflis Şəhər Məhkəməsi aktivist, "Mtavari arxi" telekanalının səhmdarı Giorgi Ruruanı həbsdə saxlamaq haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, Ruruanın vəkilləri onun girov qarşılığında azadlığa buraxılmasını təklif etsələr də, ittihamçı tərəf bununla razılaşmayıb.

Bu gün, həmçinin Gürcüstan parlamentində seçki sistemində konstitusion düzəlişlər paketinin üçüncü oxunuşu keçiriləcək. İclasa Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyaları Ruruanın həbsdə saxlanılması qərarına görə qatılmayacaq.

Qeyd edək ki, yeni konstitusion düzəlişə əsasən, 2020-ci il parlament seçkisi qarışıq sistemlə keçiriləcək. Belə ki, parlamentin 120 deputatı proporsional, 30-u isə majoritar sistemlə seçiləcək. Seçki baryeri 1% olacaq.

Bundan başqa, 40%-dən az səs alan siyasi qüvvə təkbaşına hökumət formalaşdıra bilməyəcək.

Rurua noyabrın 18-də həbs edilmişdi. O, qanunsuz silah saxlamaqda ittiham edilmişdi.

Müxalifət və Gürcüstanın beynəlxalq tərəfdaşları Ruruanı siyasi məhbus sayırlar.

Tarix
2020.06.29 / 14:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla