Yuxarı

Bu ay böyük savaş başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ay böyük savaş başlayır

NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı, general Uesli Klark Rusiyanın dəstəklədiyi separatçıların Ukraynada yeni hücum əməliyyatına hazırlaşdıqlarını bəyan edib.

Virtualaz.org xəbər verir ki, bu haqda "Atlantic Council" saytında dərc edilmiş məqalədə bildirilir.

U.Klark bildirib: "İndi baş verənlər şərqdən hücumlara yenidən başlamağa hazırlıqdır".

İstefada olan NATO komandanının bildirdiyinə görə, hücum Pasxa bayramından sonra, çox güman ki, mayın 8-nə qədər başlayacaq.

U.Klark bu məlumatı Ukraynanın şərqində söhbətləşdiyi çoxsaylı yerli mənbələrə istinadən verib. General bu yaxınlarda Ukrayanda səfərdə olub.

U.Klark hesab edir ki, Obama administrasiyası bu hücumu əngəlləmək üçün indidən hərəkətə keçməlidir. Onun sözlərinə görə, ABŞ Rusiyanın yeni hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarını Ukrayna tərəfinə çatdırmalıdır.

Eyni zamanda Obama administrasiyası Ukraynaya hərbi yardım paketi hazırlamalıdır və bu yardımı yola salmağa hazır vəziyyətdə saxlamalıdır.

Generalın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çatdırmaq üçün strateji əməliyyat hazırlamalı və Putini çəkindirməlidir: sizin yeni hücumlarınızın ilk əlamətlərini görən kimi biz Ukraynaya yardım, o cümlədən letal (öldürücü silahlar) yardım yola salacağıq.

Hazırda ABŞ administrasiyasının Ukraynaya silah yardımı etmək imkanı yoxdur, çünki bunun üçün Konqresdən icazə alınmalıdır. U.Klarkın fikrincə, əgər bu siyasəti dəyişmək mümkün olmasa, ən azından bu yardımı toplamaq, Ukraynaya doğru hərəkət etdirmək və mesaj vermək olar.

"ABŞ-ın köməyə gəlməsi faktının özü Ukrayna silahlı qüvvələri üçün başdan ayağa adrenalin olacaq" - deyə U.Klark bildirib.

"Onlar bizimlə döyüşürlər. Bütün səviyyələrdə adamlar bu faktı dəqiq dərk edir ki, Qərb sivilizasiyası ilə döyüşürlər"-general əlavə edib.

Uesli Klark deyib ki, hazırda Ukraynanın peyk kəşfiyyatı dəstəyinə, uzaqvuran, mobil tank əleyhinə sistemlərə, teplovizorlarla təchiz edilmiş sistemlərə, taktiki rabitə vasitələrinə, uzaqmənzilli artilleriya radarlarına, pilotsuz kəşfiyyat təyyarələrinə, kəşfiyyat məlumatları toplamaq üçün müasir vasitələrə ehtiyacı var.

U.Klarkın mövqeyinə görə, Moskva Ukraynanı öz orbitinə qaytarmağa hazırlaşır. Lakin onun fikrincə, Putinin daha irimiqyaslı hədəfi var - Şərqi Avropa ölkələrinin NATO tərəfindən etibarlı müdafiə olunduqlarına dair inamını sarsıtmaq, perspektivdə isə ABŞ-la Avropa arasında nifaq salmaq.

Tarix
2015.04.01 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla