Yuxarı

Batan rus gəmisində 7 azərbaycanlı olub - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batan rus gəmisində 7 azərbaycanlı olub - Siyahı

Kamçatka sahillərində Oxot dənizində qəzaya uğrayan "Uzaq Şərq" balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı da olub.

Rusiya FHN regional idarəsindən Report-a bildiriblər ki, ekipaj üzvləri arasında Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964), Sadıqov İmadəddin Hidayət oğlu (Naxçıvan sakini, 23.02.1969), Talıbov Mailağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987), Əliyev Elman Fərqan oğlu (17.10.1964), Əliyev Cəfər Fərqan oğlu (13.03.1975), Səfərov Fazil Hilal oğlu (23.10.1959) olub.

Onların hamısı Rusiya vətəndaşlarıdır.

"Onlar göyərtədə olub, lakin hazırda həmin insanların taleyi haqqında heç bir məlumat yoxdur", - Rusiya FHN regional idarəsindən bildiriblər.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb (54 ölü). Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Xilas olanların çoxunda soyuq suda uzun müddət qalmaları səbəbindən donvurma baş verib.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir.

Tarix
2015.04.02 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla