Yuxarı

ABŞ Liviyanı 3 yerə bölmək istəyir – Plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Liviyanı 3 yerə bölmək istəyir – Plan

ABŞ Liviyanı parçalamq üçün addımlar atmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Star” nəşri məlumat yayıb.

“ABŞ, Fransa və Misirlə birgə BMT-yə təzyiqlər göstərir. Vaşinqton ölkədəki neft qaynaqlarından əldə edilən gəlirləri 3 hissəyə bölməyi planlaşdırır. İngiltərənin “Qardian” qəzetinin məlumatına görə, amerikalılar neft gəlirlərinin paytaxt Tripolidəki Liviya Mərkəzi Bankına deyil, fərqli bölgələri təmsil edən 3 ayrı banka göndərilməsini istəyir. BMT hazırda neft ixracı ilə bağlı yeganə səlahiyyətin Tripoli hökumətində olduğunu deyir. ABŞ isə bunu dəyişdirməyə çalışır”, – məlumatda bildirilir.

3 ölkənin gəlirləri bölüşdürmək üçün Liviyanın şərqindəki qəbilə rəhbərləri ilə müzakirələr apardığı iddia edilir:

“Qəbilə rəhbərlərinin bəziləri bir müddət əvvəl Misirdə hərbi parad zamanı bu ölkənin Prezidenti Əbdülfəttah Sisinin yanında olub və Sisini Liviyanı “xilas etmək” üçün dəvət edib”.

Tarix
2020.07.02 / 13:28
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla