Yuxarı

1 aprel zarafatına inanıb BMV sahibi oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 aprel zarafatına inanıb BMV sahibi oldu - Video

BMV-nin Yeni Zelandiyanın Oklend şəhərindəki dileri yerli sakin Tianna Marşa yeni 1-ci seriya hetçbek hədiyyə edib.

Axar.az xəbər verir ki, qadının avtomobili almasına səbəb şirkətin 1 aprel zarafatı olub.

Şirkətin zarafat olaraq "Nyu Zeland Herald" qəzetində verdiyi elanda bildirilib ki, istənilən şəxs öz köhnə avtomobilini təhvil verib, əvəzində yenisini ala bilər.

Qadın da yerli vaxtla səhər saat 5:30-da salona gələrək qəzetdəki elanın kuponunu təhvil verib. Şirkətin meneceri isə sürpriz edib: səhər tezdən gələn bu xanıma həqiqətən də təntənəli şəkildə yeni avtomobilin açarlarını təqdim edilib. Beləliklə, 1 aprel zarafatına inanıb ilk müraciət edən xanıma şirkət istisna olaraq doğrudan da maşın bağışlayıb.

Qadına əlavə olaraq NOF00L (Axmaq yoxdur) nömrə nişanı və BMW Driving Experience sürücülük kursunun sertifikatı da verilib.

Marşın əvvəlki avtomobili "Nissan Avenir" auksiona çıxarılacaq. Əldə olunacaq gəlir fiziki qüsurlu uşaqlar üçün yaradılmış fonda veriləcək.

Tarix
2015.04.02 / 12:32
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla