Yuxarı

Prezident: Azərbaycan buna görə dünyada 12-ci yerdədir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Azərbaycan buna görə dünyada 12-ci yerdədir!

Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

“2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tiflis-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur”, - deyə dövlət başçısı bildirib.

Tarix
2020.07.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya və Azərbaycan arasında sənəd imzalandı

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevlə Merz təkbətək görüşdü

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

Almaniya kansleri İlham Əliyevi belə qarşıladı - Foto

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Bakıda 31 məktəbdə yeni model: repetitorluq bitir?

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Prezidentlərin təkbətək görüşü keçirildi - Foto

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla