Yuxarı

Şiə komandan: “Süleymani Tehrandadır…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şiə komandan: “Süleymani Tehrandadır…”

Şiələrdən ibarət "Bədr" briqadasının komandiri Hadi Əmiri İraqda hərbi əməliyyatlar üçün heç kimdən icazə almaq niyyətində olmadıqlarını açıqlayıb.

Axar.az xəbər verir ki, komandan Mosul və Kərkükün cənubunda İŞİD-ə qarşı döyüşən şiə ordusunun əməliyyatları davam etdirəcəyini bildirib.

Rudav-a danışan Əmiri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Qasım Süleymani haqda gəzən söz-söhbətlərə də cavab verərək iranlı generalın müvəqqəti Tehrana getdiyini, ölkəni birdəfəlik tərk etmədiyini açıqlayıb:

"Qasım Süleymani işlərinə görə Tehrandadır və çox məşğuldur. Bütün vaxtını İraqda keçirmir. Ancaq lazımi vaxtda burada hazır olur. İŞİD-ə qarşı çətin vəziyyətdə köməyimizə çatıb. Onun buradan getməsinin ABŞ-ın Tikrit əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Lazım olan vaxt Süleymani geri gələcək".

Xatırladaq ki, ABŞ Mərkəz Qüvvələrinin (CENTCOM) komandiri general Lloyd Austin Tikritdə İŞİD-ə qarşı hava əməliyyatlarına başlamaq üçün şiə qüvvələrinin geri çəkilməsini və şəhəri tərk etməsini tələb etmişdi.

Məlumat üçün bldirək ki, şiə qüvvələrinin ümumi sayı 100 mini keçir və İraq hökuməti tərəfindən maliyyələşdirilir.

Tarix
2015.04.02 / 20:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla