Yuxarı

Çeçen mühacir Avropada öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çeçen mühacir Avropada öldürüldü

Dünən Avstriyanın Gerasdorf-bay-Vin şəhərində yerli vaxtla saat 19:30-da qətl hadisəsi baş verib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, öldürülən şəxs vaxtilə bu ölkədən siyasi sığınacaq istəmiş çeçen mühacirdir.

Qurbanın üzərindən Rusiya pasportunun çıxdığı bildirilir.

Avstriya polisinin nümayəndəsi Valter Şvartsenegerin mətbuata açıqlamasına əsasən, ölən şəxsin 43 yaşı olub. Onun sözlərinə görə, qatil də Rusiya vətəndaşıdır.

“OE24” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları qətli törədən şəxsi yaxalamağa müvəffəq olublar. Onun avtomobili Lints şəhərində saxlanıb. Həmin adamın həbs zamanı müqavimət göstərmədiyi qeyd olunur.

"Azadlıq" radiosunun Rusiya bölməsi qurbanın kimliyini də müəyyənləşdirməyə müvəffəq olub. O, Çeçenistan sakini Mamixan Umarovdur.

Mamixan Umarov Yutub kanalnda “Anzor iz Venı” adı ilə Çeçensitanın hazırkı rəhbəri Ramzan Kadırovu tənqid edən çıxışları ilə tanınıb. Çeçen mübariz burada Rusiya xüsusi xidmət orqanlarının siyasi mühacirləri və keçmiş “İçkeriya Respublikası”na mənsub xadimləri izlətdirdiyini deyirmiş.

Tarix
2020.07.05 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla