Yuxarı

Qərb geri addım atdı: 10 illik gərginliyə son

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb geri addım atdı: 10 illik gərginliyə son

"Yaxın Şərqdə yaranan gərginlikdən İran məharətlə istifadə edir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, dünyanın başının Yəmənə qarışdığı bir vaxtda İran məsələsinin artıq yavaş-yavaş gündəmdən çıxdığını bildirib:

"İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılır, Qərb banklarındakı maliyyəsi geri qaytarılacaq. Az qala, 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağna dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu, bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq".

Tarix
2015.04.03 / 09:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla