Yuxarı

Yəhudi yazar: “ABŞ-da islamofobiya…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi yazar: “ABŞ-da islamofobiya…”

"Bu gün ABŞ və Avropada şüurlu şəkildə müsəlmanlara qarşı irqi ayrı-seçkilik edilir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə yəhudi əsilli türk jurnalist və yazar Roni Marqulies çıxış edib. O, Qərb dövlətlərinin öz təcavüzkarlıqlarını ört-basdır etmək üçün müsəlmanlara qarşı məqsədli şəkildə islamofobiya siyasətini ortaya atdıqlarını bildirib:

"Qərbdə islamofobiya 11 sentyabr hadisələrindən sonra ortaya çıxdı. Xüsusilə, Corc Buşun prezident olduğu dövrdə ABŞ-da və Avropada dövlətlərin əli ilə islamofobiya gücləndirildi. İslamofobiya siyasətinin konkret səbəbləri vardı. Çünki ABŞ bir tərəfdən İraqı, bir tərəfdən də Əfqanıstanı işğal edirdi. Yaxın Şərqdə isə etdiklərinin sayı-hesabı yox idi. O zaman bütün bu əməlləri islamofobiya vasitəsilə qanuniləşdirdilər".

Roni Marqulies islamofobiyanın yüksəlməsində dövlətlərin də xüsusi rolunun olduğunu bildirib:

"Avropa dövlətləri islamofobiya ilə mübarizə aparırlarmış kimi görünürlər. Çünki demokratik dövlət olduqlarını iddia edirlər. Əgər açıq-aşkar irqçilik edilsəydi, bu, xoş qarşılanmazdı. Xüsusilə, islamofobiya ABŞ-da şüurlu şəkildə dövlət siyasəti olaraq aparılır və müsəlmanlara qarşı mütəşəkkil ayrı-seçkilik tətbiq olunur. Bu gün ABŞ-a girmək üçün Yaxın Şərqdən olan bir müsəlman viza ala bilmir. Bunların hamısı dövlət siyasətidir. ABŞ bir tərəfdən irqçiliyə qarşı olduğunu göstərir, digər tərəfdən isə dövlətin əli ilə irqçilik təbliğ olunur".

Roni Marqulies avropalıların "Şarli Hebdo" jurnalına təşkil edilən hücumda ölən 5 nəfər üçün küçələrə axışdığını, Yaxın Şərqdə isə dəqiqədə beş adamın ölməsinə baxmayaraq, səssiz qaldıqlarını bildirib.

Tarix
2015.04.03 / 10:07
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla