Axar.az
Yuxarı

Axar.Az Logo

“Bu, İran üçün əvəzolunmaz hədiyyə sayıla bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və müttəfiqlərindən ibarət Altılıqla İranın uranın zənginləşdirilməsi mövzusunda anlaşmasının soyuq başla təhlilinə ehtiyac var".

Axar.az xəbər verir ki, bu fikirlər millət vəkili Fazil Mustafaya məxsusdur. O, uzun mübarizədən sonra İranın qalib çıxdığını bildirib:

"Obama özünün İran siyasətini fiaskodan qurtardı, guya bu razılaşma ilə İranı yenidən dünya sisteminə inteqrasiya etdi. Əslində isə İranı daha da gücləndirəcək bir addım atmağa müvəffəq oldu. Sanksiyalar aradan götürülür, İran iqtisadiyatı dirçəlməyə başlayır, nüvə texnologiyasına sərf olunan vəsaitin böyük bir qismi başqa sahələrin inkişafına yönəldilir və bölgədə də güc mərkəzi olaraq sərbəstlik imkanları çoxalır. Rusiya ilə münasibətləri zəifləyə bilər və bəlkə də bu anlaşmanın əsas hədəflərindən biri də budur. Bizim üçün faydalı tərəfi qonşuluqda müharibə riskinin azalması, Qərbin Azərbaycan üzərindən İrana qarşı təzyiq siyasətinin ortadan qalxmasıdır. Qonşuda sabitlik və iqtisadi dirçəliş olarsa, bunun ən çox faydası bizə dəyə bilər. Ancaq Qərblə yaxınlaşmadan sonra, ABŞ-la əvvəlki illərdəki gizli anlaşmaya görə, İranın Ermənistana daha çox iqtisadi dəstək verməsini gözləməliyik. Bu isə bizim üçün arzuolunan deyil".

Deputatın sözlərinə görə, İran Qərblə yaxınlaşdıqdan sonra Ermənistana dəstək verərsə, o zaman Azərbaycan da İsraillə əlaqələrini gücləndirməli olacaq:

"İsraillə əlaqələrimizin daha da gücləndirilməsi zərurəti yaranacaq. Çünki İrana verilən bu imkanlardan ən çox narahat olan ölkə heç şübhəsiz ki, İsraildir. Bütün hallarda İran bu anlaşmanın udan tərəfidir, çünki indiki şərtlərdə nəyisə yerinə yetirib-yetirməməkdən daha artıq, 10 illik bir monitorinq möhləti almaq bu ölkəyə hava-su kimi lazım idi. 10 il monitorinq içində manevrlər etmək və sanksiyalardan xilas olmaq İran üçün əvəzolunmaz bir hədiyyə sayıla bilər".

Tarix
2015.04.03 / 15:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiyada şərab istehsalı azaldı

ABŞ Ukrayna ilə bağlı plan hazırlayır

Türkiyədə növbəti dəfə zəlzələ baş verdi

Merkel “Putin qatildirmi” sualını bu cür cavablandırdı

Navalnı mövzusunda çox narahatıq - Merkel

Nikol-Onik savaşı: TŞ iclasının səs yazısı yayıldı – Video

İsveçin müdafiə naziri terrorçuları dəstəklədi

Böyük dövlətlər böyüklük etməyi bacarmalıdır – Çin

Hami Aksoyun yerinə yeni təyinat

Çad prezidenti qiyamçılarla toqquşmada həlak oldu

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla