Yuxarı

Serbiya və Kosovo arasında barışıq olacaqmı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya və Kosovo arasında barışıq olacaqmı?

Münasibətlərin normallaşması üçün Serbiya və Kosovo arasındakı danışıqlar iyulun 12-də Avropa İttifaqının (Aİ) rəhbərliyi altında davam etdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə danışıqlarda vasitəçi qismində iştirak edəcək Aİ-nin təmsilçisi Piter Stano rəsmi Tvitter hesabında bildirib.

O qeyd edib ki, Kosovonun Baş naziri Avdulla Xoti və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirak edəcəyi görüş iki tərəf arasında münasibətlərin normallaşması istiqamətində atılacaq mühüm addımdır.

Görüş Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında keçiriləcək virtual sammitdən sonra baş tutacaq.

İki tərəf arasında dialoq 2018-ci ildə Kosovo tərəfinin Serbiyadan idxal olunan mallara tətbiq edilən vergiləri artırmasından sonra kəsilmişdi. Lakin iyunun 6-da Kosovonun yeni rəhbərliyi normallaşmağa doğru addım ataraq Serbiya ilə aralarındakı bütün ticari əngəlləri aradan qaldıran fərman imzalamışdı.

Tarix
2020.07.08 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla