Yuxarı

Rusiyadakı özbaşınalıqları dünya görsün! – Jirinovski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadakı özbaşınalıqları dünya görsün! – Jirinovski

15:55

Hakimiyyət Stalin dövründəki kimi hərəkət edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Xabarovsk vilayətinin onun partiyasından olan qubernatorunun həbsini şərh edərkən deyib.

“Siz bizdən konstitusiya istədiniz, biz verdik. Siz isə bizə qandal göstərdiniz. Vicdansızlar, ali kabinetlərdə əyləşib, Stalin kimi hərəkət etməyə başlayırsınız. Bortnikov Beriya deyil. Əgər biz meydanlara çıxsaq, heç bir Milli Qvardiya sizə kömək etməyəcək və ordu bizim tərəfimizdə olacaq”, – deyə o bildirib.

Jirinovski partiyanın bütün deputatlarının Furqalanın həbsinə etiraz olaraq öz səlahiyyətlərindən imtina edə biləcəklərini də qeyd edib.

“Liberal Demokrat Partiyası fraksiyası səlahiyyətlərini təhvil verib, buradan gedəcək. Qoy bütün dünya ölkədə hansı özbaşınalığın baş verdiyini bilsin”, – deyə o vurğulayıb.

Jirinovski, həmçinin Furqalanın partiyadan qovulmasına da qarşı çıxıb.

Qeyd edək ki, Furqala biznesmen Aleksandr Smolkinin ölümünə görə həbs edilib. Onun bu qətli 2000-ci illərin əvvəllərində törətdiyi vurğulanıb.

Tarix
2020.07.09 / 16:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla