Yuxarı

Yer atmosferində qeyri-adi səslər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yer atmosferində qeyri-adi səslər...

Havay və Kioto Universitetinin alimləri bir araşdırma apararaq planetimizin atmosferinin özünəməxsus səsə sahib olduğu qənaətinə gəliblər.

Axar.az Qaynarinfo-a istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, bu, qübbə zəngini xatırladan müəyyən titrəyişlərlə bağlıdır.

İnsan qulağı əslində belə səsləri eşitməyə qadir deyil, çünki onlar bütün planet və ekvator boyunca keçən atmosfer təzyiqinin geniş miqyaslı dalğaları kimi görünürlər. Dalğaların bir hissəsinin hərəkəti şərqdən qərbə, digər hissəsi əks istiqamətdə olur. Bu vəziyyətdə dalğalar rezonanslı vibrasiya yaradır.

Bu fenomenin 19-cu əsrdə elm adamları tərəfindən müşahidə edildiyi ortaya çıxıb.

O vaxtdan bəri bu nəzəriyyə yeni dəlillərlə möhkəmləndirilib və inkişaf etdirilib.

Tədqiqat prosesində alimlər 2-33 saat arası fərqli dövrləri olan dalğaları müşahidə etdilər. Bu dalğalar Yer atmosferində saatda 1,1 min km sürətlə hərəkət edir və nəticədə dalğaların yayılması ilə əlaqəli bir növ şahmat nümunəsi meydana gəlir.

Hazırda tədqiqatçılar bu səs dalğalarının səbəbinin nə olduğunu öyrənməyə hazırlaşırlar.

Tarix
2020.07.10 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla