Yuxarı

ASALA Çanaqqalaya görə dünyanı təhdid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASALA Çanaqqalaya görə dünyanı təhdid etdi

Erməni terror təşkilatı ASALA Türkiyədə 24 apreldə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümü mərasimlərinə dəvət olunan xarici ölkələri təhdid edib.

Axar.az xəbər verir ki, terror təşkilatı xarici ölkələrdəki türk səfirlikləri, konsulluqları və turizm nümayəndəliklərinə elektron məktublar göndərərək proqramların ləğv edilməsini tələb edib.

Məktublarda Çanaqqala tədbirlərinə qatılacaq ölkələrin "soyqırım törədənləri təşviq etmə günahını işləmiş" olacaqları bildirilib.

Terror təşkilatı tədbirlərin baş tutması halında lazımınca cavab verəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyədə 24 apreldə Çanaqqala zəfərinin 100-cü ildönümü anım tədbirləri baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirlərə bir çox xarici ölkənin liderlərini dəvət edib. Ermənistan rəhbərliyi isə bu tədbirlərə kölgə salmaq üçün var gücü ilə çalışır.

Tarix
2015.04.04 / 11:33
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla