Yuxarı

İran: “Kerriyə inanmayın”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “Kerriyə inanmayın”

BMT Təhlükəsizlik Şurasının (BMGK) daimi üzvləri və Almaniyadan ibarət 5 + 1 qrupu ilə İran arasında əldə olunan razılaşmadan sonra sanksiyaların gələcəyi ilə bağlı tərəflər fərqli fikir söyləməkdədir.

Axar.az xəbər verir ki, İranın Xarici İşlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Araqçı ABŞ rəhbərliyinin dediklərini təkzib edərək sanksiyaların birdəfəlik aradan qaldırılacağını açıqlayıb.

İran dövlət televiziyasına danışan nazir müavini ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin dediklərini təkzib edib:

"Kerrinin sanksiyaların mərhələli şəkildə aradan qaldırılacağı ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Bu sözlərin heç biri doğru deyil, razılaşma mətni tamamilə açıqdır. İqtisadi, maliyyə sanksiyaları və BMT-nin qoyduğu bütün embarqolar müqavilənin tətbiq olunduğu ilk gündən tamamilə aradan qaldırılacaq".
"Qarşı tərəfin təbliğatına təslim olmayaq", - deyən Tehran rəsmisi Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini tərəfindən oxunan ortaq məlumatda yer alan məsələlərin açıq olduğunu bildirib.

Anlaşmaya görə, İranın nüvə proqramına 10 il boyunca nüvə silahı istehsal etməsinə mane olacaq bəzi məhdudiyyətlər tətbiq olunacaq. Bunu qarşılığında tətbiq olunan beynəlxalq sanksiyalar ləğv ediləcək.

Tarix
2015.04.04 / 16:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla