Yuxarı

Aya Sofya qalmaqalı: Türkiyədən UNESKO-ya cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aya Sofya qalmaqalı: Türkiyədən UNESKO-ya cavab

Aya Sofya Türkiyə qanunvericiliyinə uyğun olaraq güclü şəkildə qorunur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz Tvitter hesabında deyib.

“Aya Sofya UNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasında olduğu kimi, Türkiyə qanunvericiliyinə uyğun olaraq güclü şəkildə qorunur. Konvensiya siyahısında yer alan bir qurumun funksiyasının dəyişdirilməsinin qarşısını alan müddəa yoxdur.

Aya Sofyanın məscid kimi istifadə edilməsi müqavilənin şərtlərinin pozulması deyil. Bu vəziyyət heç vaxt Aya Sofyanın üstün dəyərinə təsir etmir”, – Ö.Yavuz bildirib.

Nazir müavini sonda qeyd edib ki, 8-ci əsrdə məscid kimi tikilən, 13-cü əsrdə kilsəyə çevrilən və hələ də ibadətə açıq kilsə kimi fəaliyyət göstərən İspaniyadakı Kordova məscidi 1984-cü ildən bəri UNESKO-nun Ümumdünya İrsi Siyahısında yer alır.

Qeyd edək ki, UNESKO abidənin statusu ilə bağlı Türkiyənin qərarından təəssüfləndiyini açıqlayıb.

Tarix
2020.07.11 / 18:38
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla