Yuxarı

Azərbaycanlıların olduğu gəminin batma səbəbi açıqlandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların olduğu gəminin batma səbəbi açıqlandı - Video

Uzaq şərq sahillərində batan "Dalniy Vostok" trauler gəmisinin xilas olunan ekipaj üzvlərindən biri gəmi qəzasının mümkün səbəblərini açıqlayıb.

ANS TV-nin məlumatına görə, Rusiya kütləvi-informasiya vasitələrindən bildirilib ki, ekipaj üzvü olan motorist Dmitri Dmitriyeviç açıqlamasında gəminin öz göyərtəsinə həddindən artıq balıq yüklədikdən sonra əyilməyə başladığını deyib.

"Əyilən gəminin müvazinətini tənzimləmək üçün heç nəyimiz yox idi. Gəmi isə əyilməyə davam edirdi. Havanın da küləkli olması onun çevrilərək batmasına təkan verdi", - deyə xilas olan ekipaj üzvü bilidirib.

Aprelin 2-də Oxot dənizində "Dalniy Vostok" gəmisinin batması nəticəsində 56 nəfər ölmüşdü. Hadisənin səbəbləri araşdırılır.

"Dalniy Vostok" trauler gəmisində həmçinin 7 azərbaycanlının olduğunu deyilir. Bildirilir ki, azərbaycanlılardan 3-ü xilas olunub, 4 nəfər isə itkin düşüb.

Tarix
2015.04.04 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla