Yuxarı

Paşinyan danışıqlara hazırdır, lakin... - Rusiyalı politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik bu atışmaların səbəbləri barədə danışmaq çətindir, araşdırma aparılmalıdır. Lakin bunlar münaqişənin heç də dondurulmadığından xəbər verir. Müəyyən qədər süstləşsə də, münaqişə çox ciddidir və həll olunması da vacibdir.

Axar.az xəbər verir ki, bunu Report-a rusiyalı politoloq Sergey Markov Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri şərh edərkən bildirib.

“Rusiyanın təşəbbüsü ilə hazırlanan və Kazan formatı deyilən həll modelinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, bunun müqabilində Azərbaycan iqtisadi blokadanı dayandıraraq hərbsizləşdirilmiş bölgə, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında iki dəhliz yaradır. Bu model hələlik həyata keçirilmir, çünki Ermənistan rəhbərliyi radikallardan çəkinir. Son atışmalar da həmin modeli həyata keçirməyin nə qədər zəruri olduğunu bariz şəkildə ortaya qoydu”, - ekspert deyib.

“Məsələ ondadır ki, vahid Ermənistan əslində yoxdur. Ermənistan daxilində müxtəlif mövqelər var. Paşinyan danışıqlara getmək istəyir, amma qorxur. Radikallar danışıqları istəmir. Əhali də nə istədiyini dəqiq dərk etmir, yəni Paşinyanı də dəstəkləməyə hazırdır, amma bəzən radikallara da dəstək verir. Odur ki, vəziyyət dayanıqsızdır. Buna baxmayaraq, danışıqların labüd olduğunu başa düşən qüvvələr də Ermənistanda var”, - deyə rusiyalı politoloq qeyd edib.

Tarix
2020.07.13 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla