Yuxarı

Gürcüstanda məhdudiyyətlər 2021-ci ilədək uzadıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda məhdudiyyətlər 2021-ci ilədək uzadıldı

Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, ölkə parlamenti bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib.

Qanuna əsasən, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər.

Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatır.

Qonşu ölkə COVİD-19 pandemiyasının ikinci dalğasını gözləyir və hökumət epidemioloqlarla birgə onun qarşısını almağa hazırlaşır.

Tarix
2020.07.14 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla