Yuxarı

Rus general: “6 min nüvə başlığı Moskvaya yönəlib” - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus general: “6 min nüvə başlığı Moskvaya yönəlib” - Şok

ABŞ-ın nüvə silahlarına asılılığını azaldacaq "Prompt Global Strike" (Sürətli Qlobal Zərbə) sistemi Rusiyada narahatlığa səbəb olmaqdadır.

Axar.az məlumat verir ki, bu sözləri Rusiya Hava-Kosmik Müdafiə Qüvvələrinin komandan müavini general-mayor Kiril Makarov Rossiya-24 televiziyasına müsahibəsi zamanı deyib.

Generalın fikrincə, hava və raket müdafiə sistemlərinin inkişaf etdirilməsində ən əhəmiyyətli faktor ABŞ-ın (PGS) proqramıdır.

Vaşinqtonun inkişaf etdirdiyi sistemin Rusiyanın hava və dəniz müdafiə sistemi üçün təhlükə yaratdığını deyən Makarov ABŞ-ın istənilən ölkəni 40-150 dəqiqəlik bir müddət ərzində vura biləcəyini bildirib:

"Rusiyada siyasi və hərbi rəhbərlik də bu inkişafın fərqindədir və bu sahəyə böyük diqqət verir. ABŞ 2020-ci ildə sistemin tam aktiv hala gəlməsi ilə 8 min Qanadlı raketə (cruise missile) sahib olacaq. Bu mərmilərdən 6 mini nüvə başlığı daşıma tutumuna sahib olacaq. Mövcud vəziyyətdə bu silahların Rusiyanı hədəf aldığını görürük. Biz də bu təhdidə cavab olaraq S-500 müdafiə sistemini inkişaf etdiririk. Biz S-500-ləri yalnız Moskva üçün düşünmürük. Sənaye bölgələri və digər şəhərlərdə də S-500-lər olacaq. Bu silahlar S-400-dən fərqli olaraq yalnız aerodinamik, ya da orta mənzilli raketləri təsirsiz hala gətirmir, eyni zamanda qitələrarası mərmiləri də məhv edə bilir".

Bildirək ki, Rusiya S-500 müdafiə sistemini 2 il ərzində aktivkləşdirəcək.

Tarix
2015.04.06 / 12:03
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla