Yuxarı

Avstriya korona ilə bağlı fəaliyyət planını təqdim etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya korona ilə bağlı fəaliyyət planını təqdim etdi

Avstriyanın Səhiyyə naziri Rudolf Anşober COVİD-19 pandemiyası ilə əlaqədar 17 bəndlik fəaliyyət planı təqdim edib. Fəaliyyət planının əsas məqsədi bu ilin payızında ehtimal olunan ikinci dalğaya qarşı qısa müddət ərzində cavab tədbirlərini görməkdən ibarətdir.

Axar.az xəbər verir ki, fəaliyyət planının ana xəttini işıqfor sistemi əsasında 24 saat içində məhdudiyyətlərin həyata keçirilməsi təşkil edir. İşıqfor sistemi yoluxma hallarının ümumi sayı, gündəlik müsbət testlər, klaster analizləri və xəstəxanalarda çarpayı sayı kimi dörd indikator əsasında çalışacaq və hər bir rayon üzrə ayrıca qiymətləndirmə aparılacaq.

R.Anşober bildirib ki, yay aylarında pandemiya ilə əlaqədar Avstriyada nisbi sabitliyin hökm sürməsi əhalidə arxayınlıq yaradıb və artıq müxtəlif regionlarda gündəlik yoluxma halları artmaqdadır.

Nazir əhalini ən qısa zamanda, yəni 24 saat içində bir sıra məhdudiyyətlərin yenidən qüvvəyə minəcəyinə hazır olmağa çağırıb.

Fəaliyyət planı yaxın müddətdə koronavirus pandemiyası ilə əlaqədar yaradılmış “qaynar xətt“ xidmətinin təkmilləşdirilməsi və işçilərin sayının artırılmasını, gündəlik testlərin sayının on minə çatdırılmasını, ekspertlərdən ibarət komissiyaların yaradılmasını nəzərdə tutur.

İyulun sonunda Nazirlər Kabinetinin iclasında fəaliyyət planı təsdiqlənməlidir.

Tarix
2020.07.18 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla