Yuxarı

Çində təhlükəli vəziyyət: 40 milyon insan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin 27 bölgəsində mövsüm yağışlarının səbəb olduğu sel, daşqın, torpaq sürüşməsi və digər fəsadlar nəticəsində ölən və itkin düşənlərin sayı 141 nəfərə çatıb.

Axar.az xəbər verir ki, Çin ərazisindən keçən ən uzun çay olan Yantszı da daxil olmaqla, 433 çayda suyun səviyyəsi təhlükəli həddə çatıb, 33 çayda tarixi rekord səviyyəsinə yüksəlib.

Yantzı çayının hövzəsində yerləşən Çunçin şəhərində və Siçuan vilayətinin bir neçə yaşayış məntəqəsində daşqın sularının hündürlüyü 2 metrə çatıb və irimiqyaslı dağıntılar törədib. Sel və daşqınlar yüzlərlə hektar əkin sahəsini məhv edib, 30 minə yaxın fərdi evə ziyan dəyib. Ümumi maddi ziyan 13 milyard dollara yaxındır. Suların əhatəsində təcrid vəziyyətinə düşən 2 milyondan çox sakinin təhlükəsiz yerlərə təxliyəsi əmr olunub. Ölkənin üçüncü ən böyük şirin su hövzəsi olan Tayhu gölündə suyun səviyyəsi 4,65 metr yüksəlib. Bununla əlaqədar ən yüksək səviyyədə hazırlıq vəziyyəti elan edilib.

Qeyd edək ki, mayın son günlərindən başlayan şiddətli yağışlar 40 milyona yaxın insana müxtəlif səviyyədə zərər vurub. Meteoroloqlar bir neçə çayda sel təhlükəsinin davam etməsi ilə əlaqədar xəbərdarlıq ediblər.

Tarix
2020.07.18 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla