Yuxarı

Türkiyədə yeni avtomobil zavodu tikilir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda “TOGG” avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, ilk avtomobili 2022-ci ildə istifadəyə verəcək zavod, 2030-cu ilin sonunadək 5 fərqli modellə ümumilikdə 1 milyon ədəd minik maşını istifadəyə verməyi planlaşdırır.

Təməlqoyma mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni avtomobil zavodunun inşasına xeyir-dua verərək bildirib ki, Türkiyənin istehsal sənayesində nailiyyətlər davam edəcək. Bunun üçün əzm, cəsarət və mücadilə tələb olunur. Təməli qoyulan zavodda orta hesabla 4 min vətəndaş işləyəcək. Dövlət başçısı əminliklə deyib: “Türkiyə avtomobilinin səsi sadəcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərindən gələcək”.

Sənaye və Texnologiyalar naziri Mustafa Varank TOGG (Türkiyə Otomobili Girişim Grubu Sanayi) Anonim Şirkəti tərəfindən qurulan zavodun texniki imkanlarından bəhs edib.

Qeyd olunub ki, zavod ən müasir texnologiyalarla təchiz ediləcək. Yerli istehsal rəqabətədavamlı olmaqla daxili bazarın qorunmasını və davamlı olaraq yeni iş yerlərinin açılması kimi mühüm şərtlərə cavab verəcək.

Tarix
2020.07.19 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla