Yuxarı

Ərdoğan ona “gəlmə” deyən ölkədədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan ona “gəlmə” deyən ölkədədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri ərəfəsində Tehran rəsmiləri bu səfərə qalmaqallı münasibət bildiriblər.

Axar.az xəbər verir ki, İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nakavi Hüseyni Ərdoğanın səfərini pisləyib:

"Ölkəni aşağılayan birisinin ayaqlarının altına qırmızı xalça sərmək diplomatiyamız üçün utancvericidir. Hökumət Ərdoğanın İrana qarşı dediyi sözlərdən sonra bu səfərin reallaşmasına icazə verməməli idi. Səfər ləğv edilməli, yaxud ertələnməli idi".

Bildirək ki, daha öncə İran məclisindən bir qrup millət vəkili Ərdoğanın İrana qarşı işlətdiyi ifadələri tənqid edərək Prezidenti Həsən Ruhanidən Ərdoğana xəbərdarlıq edilməsini tələb etsə də, ölkə rəhbərliyi gərginliyin yaranmasından ehtiyat etmişdi.

Xatırladaq ki, Çankaya köşkünün rəhbəri France 24 kanalına müsahibəsi zamanı İranın Yəmənə dəstəyinin dayandırmasının vacib olduğunu vurğulayaraq, "İran və terrorçu qruplar (Yəməndən) çəkilməlidir. İran Mosulda İŞİD-in yerini almamalıdır", - deyərək Tehranın bölgədə yürütdüyü siyasəti tənqid etmişdi.

Ərdoğanın bu çıxışından sonra demək olar ki, hər gün Tehrandan sərt bəyanatlar gəlməkdədir. "Gəlmə" çağırışlarına baxmayaraq, Türkiyə prezidenti bu gün səhər yerli vaxtla 08:07-də Tehrana səfər edib.

4 illik fasilədən sonra baş tutan səfər zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək.

Tarix
2015.04.07 / 12:04
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla