Yuxarı

Alman neonasistlərdən məmura: “Başını kəsərik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman neonasistlərdən məmura: “Başını kəsərik”

Almaniyanın şərqində yerləşən Tröglitz şəhərində əcnəbiləri yerləşdirmək üçün nəzərdə tutulan binanın yandırılmasından sonra vəziyyət kəskinləşib.

Axar.az xəbər verir ki, neonasistlər əcnəbilərin şəhərdə məskunlaşmasının qarşısını almaq üçün dövlət rəsmilərini təhdid etməyə başlayıblar. Məhz bu təhdidlərdən sonra şəhərin bələdiyyə başçısı istefa vermək məcburiyyətində qalıb. Lakin nasistlər bununla yetinməyiblər.

Şəhərin icra nümayəndəsi Götz Ulriç neonasistlərdən ölüm məktubları aldığını bildirib. O, başının kəsilməsi ilə təhdid edildiyini açıqlayıb.

Qeyd edək ki, aprelin 3-dən 4-ə keçən gecə Tröglitz şəhərində qaçqınları yerləşdirmək üçün nəzərdə tutulan bina yandırılıb. Hadisəni törədənlər isə hələ tutulmayıb. Hüquq mühafizə orqanları hadisənin irqçilik zəminində baş verdiyini açıqlayıblar.

Tarix
2015.04.07 / 22:29
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla